XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 22:54

“Azərbaycanın inkişafı və sabitliyi bizim üçün çox önəmlidir” –Şeyx İran XİN rəhbəri ilə görüşdü + FOTO

İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib

M.C. Zərif  bildirib ki, İran üçün Azərbaycanın inkişafı  və sabitliyi  çox önəmlidir: “Azərbaycan və İran arasında əlaqələr ən yaxşı səviyyədə qurulub. İki ölkə prezidentləri arasında  dəfələrlə görüş keçirilib.  Azərbaycanın inkişafı və sabitliyi bizim üçün çox önəmlidir”.

Allahşükür Paşazadə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə M.C. Zərifə təşəkkür edib.

 “Biz  çalışacağıq ki, bundan sonra iki ölkə arasında əlaqələr daha da güclənsin”, – deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb. 

APA