XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 14:26

“Moskva erməniləri bütün sərhədboyu təxribatlara həvəsləndirir” –Politoloqdan şərh

"Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə mövqelərimizi vurur, insanlarımızı hədəf alır".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, ermənilərin cavabı mütləq elə həmin istiqamətlərdə verilməlidir:

“Əks halda İrəvan elə biləcək ki, Rusiya-Ermənistan hərbi qoşun birliklərindən və ya prosesə Rusiyanın qarışa biləcəyindən çəkinirik və olanlara seyrçi qalacağıq. Rusiya vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib və Moskva indi də erməniləri bütün sərhədboyu təxribatlara həvəsləndirir. "Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır" deyərkən elə bu günü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq, ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını da yerləşdirdi".

Politoloq deyib ki, ötən gün Tovuzun Qaralar kəndində ermənilərin yaraladığı 13 yaşlı uşağa görə düşmənə Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir:

"Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi birgə açıqlama yayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir”.

Strateq.az