XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2015 - 13:45

Üç ölkənin xarici işlər nazirləri Tiflisdə görüşəcək

Dekabrın 21-22-də Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə müsahibəsində deyib ki, bu görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf perspektivləri, eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsi nəzərdə tutulub.

Nazir deyib:

“üçtərəfli görüşdə ilk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və “İpək Yolu” layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik”. azertag.az