XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 13:49

ADP Fuad Qəhrəmanlının müdafiəsinə qalxdı – Toplantı
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Strateq.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
 
Toplantı iştirakçıarı ilk növbədə siysi məhbus L.Yunusun şərti olaraq azadlığa buraxılmasını ölkədə vətəndaş həmrəyliyinin təmin olunması baxımından müsbət hal kimi dəyərləndirib və hakimiyyəti həbsdə olan digər siyasi məhbusların azad olunması istiqamətində növbəti ciddi addımlar atmağa, insan azadlıqları barədə Konstitusiya və beynəlxalq öhdəliklərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
 
İdarə Heyəti sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar adı altında AXCP funksioneri F.Qəhrəmanlının həbs edilməsi faktını pisləyib və bu cür həbslərin bir qayda olaraq, siyasi motivlər üzərində qurulmasına diqqət çəkərək, hakimiyyət orqanlarından F.Qəhrəmanlı ilə bağlı istintaq işinin obyektiv, qərəzsiz və şəffaflıqla aparılmasını, onun effektli şəkildə müdafiəsinin təmin olunması üçün lazımıi şərait yaradılmasını tələb edib.
 
İdarə Heyəti  vətəndaşların gəlirlərinin kəskin şəkildə azaldığı, kütləvi işsizliyin hökm sürdüyü bir vaxtda inzibati xətalar üzrə cərimələrin fantastik şəkildə artırılması ilə bağlı qanunlara əlavə və dəyişikliklərin edilməsi faktından narahat olduğunu bildirib və bu artımların arxasında  yürüdülən yanlış daxili siyasət nəticəsində ölkədə yaranan sosial-iqtisadi böhranın inzibati yollarla qarşısının alınması faktının durduğunu diqqətə çatdırıb.
 
İdarə Heyəti son günlər Rusiyanın Ermənistan ərazisinə silah, sursat, çoxlu sayda hərbi texnika yerləşdirməsindən, həmçinin qondarma DQ rejiminin xarici işlər naziri K.Mirzoyanın ABŞ-a səfər edərək,  ABŞ rəsmiləri ilə görüşlər keçirməsi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uroliklə müzakirələr aparmasından ciddi narahat olduğunu bildirib və hər iki faktın regonun təhlükəsizliyini təhdid altında saxlayan, seperatizmi dəstəkləyən addım kimi dəyərləndirib, ermənipərəst bu mövqelərin həmsədr ölkələrin üzərinə götürdüyü barış missiyası ilə tamamilə ziddiyyət təşkil etdiyini bir daha diqqətə çatdırıb.
 
İdarə Heyəti son vaxtlar İranda anti-türk ovqatın güclənməsindən, Azərbaycan və qardaş Türkiyə əleyhinə qarşı şüarların səslənməsindən, eyni zamanda molla rejiminin qızışdırıb ortaya saldığı bir qrup şəxsin Azərbaycanın Təbriz konsulluğu qarşısına yığışaraq, ölkəmizdə dünyəvi dövlətin aradan çıxarılmasına yönəlik tələblər irəli sürməsindən ciddi narahat olduğunu bildirib və bu cür addıların Azərbaycanın daxili işlərinə qarışmaq, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın, dostluq əlaqələrinin pozulmasına xidmət edən hal kimi dəyərləndirib.