XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 11:48

Donald Trampın ən yaxın müttəfiqi Stiv Bennon “ayaqaltı qazan” çıxdı –Prezident komandası dağılır Araşdırma

Marina Baltaçeva

vz.ru, 13.08.2017

 

Ağ Evdə sızıntı çevrəsi Trampın “ideya-siyasi” müttəfiqi Stiv Bennona qədər genişlənib. Bu, Amerika prezidenti administrasiyası daxilində ən amansız mübarizənin növbəti nişanəsi olub. Doğrudanmı, Trampın ən məxfi danışıqlarının qalmaqallı sızıntılarının təşəbbüskarı onun ən yaxın silahdaşlarından biridir?

ABŞ prezidenti Donald Tramp məxfi informasiya sızıntısının təşkilində özünün əsas köməkçisi Stiv Bennondan şübhələnib – bu haqda prezident çevrəsinə isnadən Axios portalı məluamat verir. Nəşr qeyd edir ki,  müşavirlərin hamısından Trampa ən yaxını Bennondur. O, Trampın seçkiqabağı qərargahına başçılıq və yeni administrasiyanın formalaşmasında iştirak edib. Tramp 2016-cı ilin noyabrında Bennonu baş siyasi strateq və baş müşavir təyin edib. O bundan sonra əvvəlki kimi ən böhranlı məsələlərdə, məsələn, Paris sazişindən çıxmaqda prezidenti dəstəkləyib. Bennon həmçinin, prezidentin fikrincə, intellektual mülkiyyəti oğurlamağı və ticarətdə ABŞ-a qarşı digər sui-istifadələri özünə eyib bilməyən Çin üzrə Trampın baxışlarına şərik idi. Bununla belə – portal əlavə edir – Tramp son zamanlar gizlətmir ki, “Bennonun özünütəqdimlərindən” yorulub. Tramp artıq dəfələrlə aşkar şəkildə narazılığını bildirib ki, müşaviri öz şəxsiyyətinə hədsiz dərəcədə çox diqqət ayırır. Məsələn, Bennon digər əsas köməkiçilərdən fərqli olaraq Trampla birlikdə Nyu-Cersiyə qolf klubuna getməyib.

Trampın Bennondan narazılığının daha bir səbəbi onun milli təhlükəsizlik üzrə müşavir Herbert Makmasterlə qarşıdurmasıdır. Hətta  rəqibinə qarşı KİV-lərə xəbərçiliyi Bennonun ayağına yazırlar, amma Bennonun özü həmkarları ilə söhbətlərdə bu faktları qəti şəkildə rədd edir. Lakin Axios qeyd edir ki, Bennonun baxışlarının Makmasterinkindən kökündən fərqləndiyi faktdır və bunu etiraf etməmək olmaz.

Portal xatırladır ki, Ağ Ev aparatına o zaman Trampın həm də ən yaxın köməkçisi Rayns Pribus başçılıq edərkən Bennonun mövqeyi daha möhkəm idi. Ancaq o zamanlar kommunikasiyalar üzrə direktor vəzifəsini tutan Entoni Skaramuççi ilə qalmaqaldan sonra Pribus işdən azad edilib. Skaramuççi Pribusu mətbuata həmin sızmalarda ittiham edib və KİV-lərdə onun, həmçinin Bennon haqqında qərəzsiz ifadələr işlədib. Nəşr qeyd edir ki, iyulun axırında Ağ Ev əməkdaşları aparatının rəhbəri istefadakı dəniz piyadaları generalı, Oval kabinetdəki görüşlərin ciddi qrafikini tətbiq edən Con Kelli olub. Ona görə də Bennonun Trampla görüş imkanları azalıb. Axios əlavə edir: “Prezident artıq Bennondan məyusluğunu ifadə edib, lakin müşavirdən qurtulmaq üçün asan imkanı olmayıb”.

Nəşrin həmsöhbətləri qeyd edirlər – istisna olunmur ki, “Kelli qara işi görə” və bunda Trampa yardım edə bilər.

Portal göstərir ki, indi administrasiyada Bennonun müttəfiqləri yoxdur, Trampın Amerika prezidenti köməkçisi vəzifəsini tutan qızı İvanka və əri Cared Kuşner onun əsas rəqibləri sırasındadır. Nəşr yekun vurur – Bennonun administrasiyada baş siyasi strateq statusunu qoruyub-qorumayacağı böyük sual doğurur.

Franklin Ruzvelt adına ABŞ-ı araşdırma Fondunun direktoru Yuri Roqulev də qeyd edir ki, Stiven Bennonun “Trampın ən yaxın ideya-siyasi müşaviri və tərəfdarı olduğu” faktdır. O bu fonda ABŞ prezidentinin öz köməkçisi ilə ixtilafını kədərli adlandırır. Rayns Pribusun ardınca Bennon gedir, ekspert xatırladır ki, hər ikisi “Trampın əsas siyasi və ideoloji tərəfdarı idi”.

Tramp öz əməkdaşlarının administrasiyada nə dərəcədə mühüm rol oynadığından asılı olmaraq onlardan üzülüşməyə hazırdır. Məsələn, Roqulev xatırladır ki, işdən gedən Pribus əvvəllər Respublikaçılar Partiyası Milli Komitəsinin rəhbəri və Trampla, administrasiya ilə Respublikaçılar Partiyası arasında əsas əlaqələndirici bənd idi.

Ekspert vurğulayır: “Onun işldən çıxarılması bu əlaqələrə zərbə vurub. Respublikaçıların əksəriyyəti Trampı dəstəkləmir. Bu, məsələn, səhiyyə islahatları üzrə Konqresdəki səsvermədən görünür”.

İndi Pribusun və başqalarının yerinə generallar gəlir. Roqulev deyir: “Ola bilsin, onlar daha intizamlıdır, amma siyasətdən uzaqdırlar… Sual doğur, onlar nə qədər effektli işləyəcəklər”.

Onun fikrincə, Trampın ən önəmli və yaxın əməkdaşlarla ixtilafı ondan xəbər verir ki, “fikir ayrılığı səviyyəsi çox yüksəkdir, Tramp komanda yaratmaqda böyük çətinliklərlə üzləşir, əməkdaşlıq alınmır və aparat dağılır”.

Xarici siyasət araşdırmaları və təşəbbüsləri İnstitutunun direktoru, politoloq Veronika Kraşeninnikova da onunla razılaşır: “Şübhəsiz, Tramp administrasiyası daxilində amansız mübarizə gedir. Hamı hamıya qarşı vuruşur. Yalnz ötəri alyanslar formalaşır – kimin, hansı məsələ üzrə və hansı anda təhlükəli olduğundan çıxış etməklə”.

Hənsöhbətimiz əlavə edir – Bennon “olduqca özəl simadır, ultrasağçı ideoloqlar hələ indiyədək Ağ Evdə əyləşməyə müvəffəq olmayıblar”.

O xatırladır ki, Bennon Şarlottsvill şəhərində bir nəfərin həlak olduğu və 19-nun yaralandığı rallidə əli olan qüvvələrin təmsilçilərinin maraqlarını ifadə edir. Kraşeninnikova göstərir ki, nəticədə ABŞ prezidenti administrasiyasının böyük hissəsi Stiven Bennonla mübarizə aparır və bu daxili mübarizənin əks-sədaları daim mətbuata çıxır. O həmçinin Bennonla Makmasterin mövqelərinin ayrılmasını qeyd edib vurğulayır ki, o, təcavüzkar qüvvə siyasəti aparsa da, Bennonla müqayisədə “daha mötədil gücləri” təmsil edir.

Sızmalara gəlincə, Roqulev qeyd edir, “tamamilə məxfi materiallar mətbuata düşürsə, şübhəsiz, bu, yolverilməz işdir” və əlavə edir ki, bu, Ağ Evin işini güclü şəkildə sarsıdır. Amerika rəhbərliyinin qeyd etdiyi kimi, son yarım ildə Obama administrasiyasnın iqtidarda olduğu üç ildəkindən çox sızma baş verib. Roqulev göstərir – Trampın xarici liderlərlə telefon danışıqları mətninin mətbuata çıxdığı son qalmaqallardan biri “ümumiyyətlə, adamın beyninə çətin sığır”.

Washington Post” qəzeti qeyd edir ki, bu cür söhbətlərə yalnız ən yaxın çevrə və tərcüməçi qatılır. Xatırladaq ki, qəzet əvvəllər ABŞ prezidenti Donald Tramp və meksikalı həmkarı Penyey Nyeto arasında yanvarda baş tutmuş və Amerika liderinin öz həmkarını hədələdiyi ilk telefon danışığının stenoqramını dərc edib.

Daha bir səs-küylü sızma mayda Trampın Rusiya XİN başçısı Sergey Lavrovla görüşündən sonra baş verib. Roqulev göstərir ki, orada da rusiyalılar daxil olmaqla yalnız altı nəfər iştirak edib. Lakin bu, Ametrika KİV-lərinə Trampın guya ölkəninn təhlükəsizliyini sarsıda biləcək “mühüm məxfi informasiya”nı Lavrova açıqladığını bildirməyə mane olmayıb.

Roqulev əlavə edir – çətin ki Stiv Bennon Trampa qarşı antirusiya sızmasında maraqlı olsun. O, yada salır ki, ultrasağçı Bennonu Rusiyanın dostu adlandırmaq olmaz, əsasən, daxili siyasi məsələlərlə məşğul olub. Trampla onun baxışları birinci növbədə Yaxın Şərq ölkələrindən mühacirətin məhdudlaşdırılması və yasaqlanması, iş yerlərinin ABŞ-a qaytarılması və “Amerikanı yenidən böyük etmək” devizində üst-üstə düşüb.

Kraşeninnikova qeyd edir ki, hətta Bennon sızma qaynağı olubsa da, burada yeganə təmsilçi deyil. Ekspert xülasə edir: “Sızmalar olub və olacaq. Problem bundadır ki, Tramp son dərəcə özəl prezidentdir və hətta administrasiya daxilində də çoxları onun etdikəri ilə razılaşmır. Bennonu intizama çağırmaqla Ağ Evdəki sızmalar bitməyəcək”.

Xatırladaq ki, Amerika KİV-lərinə son və səs-küy salmış sızmalardan biri kiçik Donald Trampın 2016-cı ilin iyulunda rusiyalı vəkil Nataliya Veselnitskaya ilə görüşü haqda məlumat olub.

Makmaster hələ mayda “sızma”nı ABŞ təhlükəsizliyinə əsas təhdid adlandırıb. ABŞ prezidentinin baş müşaviri Kellienn Konuey avqustun əvvəlində istisna etməyib ki, Ağ Evin jurnalistlərə qapalı informasiya verən əməkdaşlarını üzə çıxartmaq üçün yalan detektoru tətbiq edilə bilər. ABŞ ədliyyə naziri Ceff Səşns keçən cümə bildirib ki, Tramp administrasiyasının fəaliyyəti müddətində artıq dörd məmura sızma təşkilinə görə ittiham elan olunub, yanvardan başlayaraq açıq işlərin sayı isə üç dəfə artıb.

Tərcümə Strateq.az-ındır.