Türkiyə və Azərbaycan region ölkələri arasında münasibətlərin yaxınlaşmasında və möhkəmlənməsində mühüm rol oynayırlar.
“Strateq.az” bildirir ki, bunu “Hürriyet Daily News” qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
“Marmara Group” Fondunun təşkil etdiyi 18-ci Avrasiya İqtisadi Forumunda iştirak məqsədi ilə Türkiyədə səfərdə olan Ə.Həsənov bu sammiti vacib faktor hesab etdiyini deyib.
Ə.Həsənovun sözlərinə görə, sammit Azərbaycan və Türkiyənin söykəndiyi “Bir millət – iki dövlət” prinsipininə əsaslanır.
Ə.Həsənov 30-dan çox ölkəni birləşdirən sammiti yalnız Türkiyə və Azərbaycanın yaxınlaşması baxımından deyil, həm də region ölkələri arasında münasibətlərin möhkəmlənməsi üçün əhəmiyyət daşıdığını qeyd edib.
X. Səfərli