XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 14:57

Hoqland:"Dağlıq Qarabağ münaqişəsi tərəflərini yekun qərar qəbul etməyə məcbur edə bilmərik"

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər:

“Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrləri vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik”.

R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.