XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 12:58

“Məmmədov dərhal həbsdən buraxılmalıdır” – AŞ PA sədrindən Azərbaycana mesaj

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun həbsdən buraxılması üçün bir daha Azərbaycan hakimiyyətinə müraciət edib.

Ann Brasör xatırladıb ki, Avropa Şurası Nazirlər Komitəsi ötən həftə keçirilən toplantısında Avropa Məhkəməsinin qərarlarının üzv dövlətlər tərəfindən icra vəziyyətini araşdırıb. 

Orada bir daha qeyd olunub ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra eləmək istəmir: “Cənab Məmmədov dərhal həbsdən buraxılmalıdır. Avropa Şurasının bütün əsas strukturları Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərinə əməl etməsini, konkret indiki halda, tənqidçilərə, vətəndaş cəmiyyətinə qarşı repressiyaları dayandırmasını gözləyir”.
 
Xatırladaq ki, REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkili ilə əlaqədar 7 il müddətinə həbs olunub. Onunla birlikdə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da 5 il müddətinə həbs edilib.
 
2014-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb. Sonradan Avropa Məhkəməsi T.Yaqublunun da barəsində analoji qərar çıxarıb.
Virtualaz.org