XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 13:59

Səfir:“İlin sonunda prezident İlham Əliyev İndoneziyaya səfər edəcək”

 

17 avqust İndoneziyanın müstəqilliyinin 72-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfriliyində bayrağın qaldırılması mərasimi keçirilib.

İndoneziyanın dövlət himni səsləndirildikdən sonra səfir Hüsnan Bəy Fanani bildirib ki, ölkəsi 1945-ci ildə öz azadlığını əldə edib. Səfir qeyd edib ki, bu gün İndoneziya böyük inkişaf yol keçib, ölkənin gəncləri İndoneziyanın daha da inkişafı üçün çalışırlar.

“Azərbaycan İndoneziyaya dost ölkədir” deyən diplomatın sözlərinə görə, ikitərəfli münasibətlər günü-gündən inkişaf edir. Sentyabr ayında Bakıda II İndoneziya Mədəniyyət Festivalı keçiriləcəyini xatırladan səfir bu festivalın keçən il təşkil olunan festival kimi yaddaşlarda qalacağını vurğulayıb.

Səfir Fanani ilin sonunda Prezident İlham Əliyevin İndoneziyaya səfər edəcəyini, daha sonra isə İndoneziya Prezidentinin Azərbaycana səfərinin gözlənildiyini açıqlayıb.

Strateq.az