XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 15:59

Uzun müddət xəbəri gəlməyən Fəzail Ağamalı:“Həkimin məsləhəti ilə telefonlarımı bağlamışam”

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib.  Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilirdi. Fəzail Ağamalı özü haqqında dolaşan bütün xəbərlərə aydınlıq gətirib.

Fəzail Ağamalı modern.az-a müsahibəsində bildirib ki,  xeyli yorulduğu üçün dincəlmək istəyib:  “Sadəcə, üz tutduğum ölkədə sanatoriyada dincəldim. Müəyyən prosedurlar var ki, onları keçməli oldum.  O prosedurları keçəndə bəlli oldu ki, məndə təngnəfəslik problemi var. Ona görə də  təngnəfəsliklə bağlı müayinə aparıldı. Məlum oldu ki, artıq çəki problemi də var. Bu zaman artıq çəkidən azad olmaq məsələsi  gündəmə gəldi. Belə deyək də, bütün müayinələrdən keçməli oldum. Şükürlər olsun ki, indi yaxşıyam. Özümü normal hiss edirəm. Hazırda Azərbaycandayam”.

Deputat vurğulayı ki, Ukraynada və Türkiyədə müalicə olunub.

F.Ağamalının sözlərinə görə, həkimlər ona  əsəb sisteminə mənfi təsir edən, sağlamlığa ziyan vura biləcək  informasiyalardan uzaq olmağımı xahiş ediblər: “ Ona görə də maksimum dərəcədə telefonlardan uzaq durmalı oldum. Əslində, bu məsləhətlərdə kifayət qədər ciddi məntiq var. Hər halda, məlumatınız var ki, 1988-ci ildən bəri fəal siyasətdəyəm. Bir az da olsa fasilə verməmişəm, dincəlməmişəm. Heç nədən şikayətlənməmişəm. Ona görə də aktiv siyasətdə olan birisi kimi mən də yorğunluq hiss edə bilərdim. Səhhətimdə müəyyən problemlər baş qaldıra bilərdi. Ona görə də bu məntiqə uyğun olaraq həkimin məsləhətlərinə qulaq asıb telefonlarımı bağladım”.