XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 16:35

Politoloq Ərdoğanın Bakıya səfərini şərh etdi:“Səfəri aktual edən dörd məqam var”

Xəbər verdiyimiz kimi Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-11-də Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb. 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səfərlə bağlı fikirlərini bölüşüb.

Politoloq qeyd edib ki, səfərin aktuallığını artıran məqamar var: “Səfərin aktuallığını artıran məqamlar hansılardır? Birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb. İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəgəl Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var. Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər.

Politoloq qeyd edib ki, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək baxımından Bakıya gəlir.