XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 18:02

Türkiyə “yeni SSRİ”yə qoşulmaq istəyir –Ankara Avrasiya İttifaqı ilə saziş bağlamaq niyyətindədir

Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir qeyd edib ki, Türkiyə və Rusiya bir-birlərini tamamlayır və rəqib deyillər: “Bizim təklifimiz var ki, Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq barədə danışıqlara başlasın. Türkiyə Aİ ilə müvafiq sazişləri pozmadan Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq yaratmaq istəyir”.

N.Zeybekçi əlavə edib ki, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 30 faiz artıb: “İki ölkə arasında azad ticarət haqqında saziş tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq”.