XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 19:15

Zərdüşt Əlizadə:“Artıq Kremlin qarmağına düşmüşük, çıxa bilmirik”

“Rusiya Dağlıq Qarabağ kartından bölgəni nəzarətdə saxlamaq üçün istifadə edir" 

Bunu "Şərq”ə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  "Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər" bəyanatını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, Dağlıq Qarabağ, Ukrayna, Gürcüstan və Moldovada münaqişə ocaqlarının hələ də tam söndürülməməsi imkan verir ki, Rusiya heç bir haqqı olmadan bu bölgələri tam nəzarətdə saxlasın: "Rusiya bununla demək istəyir ki, o, elə-belə ölkə deyil, regionun ağasıdır. Putin təcrid olunmadığını, hələ də söz sahibi olduğunu sübut etməyə çalışır. Bu da ona görə, baş verir ki, bizim vəzifə hərisləri vaxtilə Rusiyaya münaqişə ocağını körükləməyə imkan verdilər. Artıq Kremlin qarmağına düşmüşük, çıxa bilmirik

Politoloqun sözlərinə görə, Rusiya guya sülhpərvər olduğunu göstərmək üçün Azərbaycan və Ermənistan prezidentlərini dəvət edir, görüşdürür və s. Əslində isə Putinin niyyəti heç də sülh və barışa nail olmaq deyil:

“Ona görə, postsovet məkanındakı ölkələr Rusiyadan asılıdır. Ən təsirli vasitə isə tənzinlənməyən  münaqişələrdir. Münaqişələri tənzimləmir, gərginliyi isə gah azaldır, gah da artırır. Aprel döyüşlərində də Ermənistan və Azərbaycan orduları döyüşdülər, insanlar həlak oldu, sonra isə Rusiya gəldi müharibəni dayandırdı”.

Qeyd edək ki, M. Zaxarovanın sözlərinə görə, bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək.