XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 23:00

“Turan” agentliyinə qarşı vergidən yayınma araşdırmasının müddəti artırılıb –Açıqlama

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan" agentliyinin araşdırdığı fəaliyyət dövrünü 1 oktyabr 2014-cu ildən 1 avqust 2017-ci ilə qədər genişləndirib.

Bu barədə agentlik bildirib. Bundan başqa, "Turan" agentliyinin direktoru Mehman Əliyev çərşənbə günündən etibarən agentliyin bank hesabına daxil olan məbləğlərin dərhal vergilər nazirliyinə məxsus bank hesabına köçürüldüyünü deyib.

"Turan" agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.

"Turan" bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Avqustun 17-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) nümayəndələri agentliyin ofisində axtarış apararaq agentliyin maliyyə sənədlərinin və bəzi jurnalistlərin işlərinin sürətlərini götürüblər.