XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 01:01

Dövlət Departamenti:"İŞİD üzərində qələbədən sonra ABŞ Suriyada qalmayacaq"

ABŞ İŞİD terror qruplaşması üzərində qələbədən sonra Suriyada qalmağı planlaşdırmır.

“AP” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyan edib: “Niyyətimiz – İŞİD-i məğlub etməkdir. Digər məqsədimiz yoxdur. Biz istəyirik ki, Suriyanı suriyalılar idarə etsin. Hər hansı kənar qüvvələr deyil, məhz suriyalılar”, – deyə H.Noyert bildirib.