XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 09:23

“100-dən çox məhbus əfv olunacaq” – Komissiya üzvündən açıqlama

“Əfv komissiyası arıtq öz işinə başlayıb və hazırda yüzlərlə müraciətə baxılır”.  

Bunu  Əfv komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.  

O bildirib ki, yaxın günlərdə komissiya öz işini yekunlaşdıracaq.

Neçə nəfərin əfv olunacağına gəlincə, M.İbrahimqızı bildirib ki, əvvəlki illərdə olduğu kimi, əfv olunanların sayı 100-dən az olmayacaq: 

“çalışırıq ki, əfv olunanların sayı maksimum dərəcədə çox olsun. Biz bunun üçün çalışırıq. Əfv etmək səlahiyyəti isə prezidentə məxsusdur”(AzVision.az).

 Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 18-də imzalayıb. Həmin siyahıya əsasən, 90 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.