XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2015 - 09:06

Pənah Hüseyndən TƏKLİF: “Seçki ilə bağlı iqtidarla danışıb razılaşmalıyıq”

penah.jpg

“Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir. Danışmalıyıq və razılaşmalıyıq”.

“Strateq.az” bildirir ki, bu sözləri eks baş nazir Pənah Hüseyn “Azadlıq 2015” seçki blokunun təşkilatçılığı ilə “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” adlı dəyirmi masada çıxış edərkən bildirib.

Azərbaycan Xalq Partiyasının lideri olan Pənah Hüseyn çıxışı zamanı hakimiyyətlə müxalifət arasında dialoqun olmasının vacibliyini vurğulayıb. “İki ay əvvəl iqtidar nümayəndəsi ilə görüşümüz oldu. Düşünürəm, bu, davamlı olacaq. Hazırkı durumdan çıxış yolu kimi müxalifətin strategiyası yoxdur, sanki, hamı nəyisə gözləyir. Hesab edirəm ki, ciddi şəkildə proseslərlə bağlı düşünmək lazımdır. Bir araya gəlmək, milli birlik halında toparlanmalıyıq. Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir. Danışmalıyıq və razılaşmalıyıq. Təbii ki, bu, açıq və şəffaf olmalıdır. Seçki dairələri üzrə təkcə müxalifətlə deyil, hakimiyyətlə də razılaşmalıyıq. Milli koalisiya yaratmalıyıq, müəyyən mərhələlərdə iqtidarla əməkdaşlıq da edə bilərik”-deyə o vurğulayıb.

X. Səfərli