XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 21:00

Heydər Əliyevin sabiq müşaviri:“Naxçıvanda Türkiyə ilə vahid ordunun yaradılması müzakirə oluna bilər”

“Ərdoğanın Bakıya səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Naxçıvan ərazisində vahid ordu yaradılması ideyası ətrafında fikir mübadiləsi aparıla bilər. Təhdid xarakterli birləşmələr yaradılıb ki, ona mütləq alternativ cavab hazırlanmalıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə prezidentinin Azərbaycana gözlənilən səfərini teleqraf.com-a şərh edərkən bildirib. Onun sözlərinə görə, Ərdoğanın bu səfəri əvvəlkilərə nisbətən daha çox nəticəli və məzmunca zəngin olacaq: “Regionda bir çox dəyişikliklər baş verir və bunlar iki dövlət tərəfindən ciddi surətdə qiymətləndirilməlidir. Ermənistan-Rusiya qoşun birləşmələrinin yaradılması, Ermənistandakı hərbi bazaların əsgər heyətinin artırılması, həm də onlara yeni texnikanın verilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün təhdid vəd edir. Belə olan şəraitdə uzun müddətdir müzakirə edilən Azərbaycanla Türkiyə arasında hərbi saziş məsələsi gündəmə gələ bilər. Bunun forması tapıla bilər. 1923-cü ilin mayında Rusiya ilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyi üçün birbaşa cavabdehdir və bu nöqteyi-nəzərdən Naxçıvanda türk hərbi bazasının heç olmazsa, birinin açılması müzakirə obyekti ola bilər”.

Q.Hüseynlinin sözlərinə görə, gündəmdə iki ölkə arasındakı viza məsələsi də dayanacaq: “Çünki artıq vizasız gediş-gəlişin təmin edilməsinin vaxtı çatıb. Doğrudur, hava limanında, dəniz vağzallarında, quru keçid məntəqələrində birbaşa viza verilir, həm də vizaya görə ödənişlər də 2 dəfə azaldılıb, amma vizasız gediş-gəliş sisteminə keçilməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edə bilər. İndiyədək ona mane olan cəhətlər də öz əhəmiyyətini itirib.