XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2017 - 19:18

Azərbaycan və Rusiya müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib


Avqustun 22-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və Rusiya sənaye və ticarət naziri Denis Manturov Bakı və Moskva arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Bu barədə “RİA Novosti” agentliyi bildirib. Moskvada "Ordu-2017" Beynəlxalq Hərbi Forumunda iştirak edən Y.Camalov D.Manturovla görüşüb. Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.