XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 13:55

Gözəl Bayramlının şikayəti təmin edilmədi –Məhkəmə prosesi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb. 

Hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. 

Qeyd edək ki, şikayət Nəsimi Rayon Məhkəməsinin G. Bayramlı haqqında həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərarından verilib. 

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətini yaydığı məlumatda Bayramova Gözəl Oruc qızının Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıldığı bildirilib. Onun üzərindən bəyan edilməmiş 12 min dollar aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

APA