XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 22:44

ABŞ-ın Yerevandakı səfiri:“Ermənistan Hoqlandın açıqladığı 6 prinsipi danışıqlar üçün əsas kimi qəbul edib”

ABŞ-ın Minsk Qrupunda fəaliyyətini başa vuran həmsədri Riçard Hoqlandın bu həftə Vaşinqtonda açıqladığı sülh prinsipləri Ermənistanda qızğın reaksiyalara səbəb olub.

Neçə gündür erməni ekspert çevrələri və rəsmiləri Hoqlandın açıqladığı prinsipləri müzakirə edirlər. Və məsələyə fərqli yanaşmalar var. Müzakirələrə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də qoşulub. O, “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Hoqlandın açıqladığı sənəd Minsk Qrupu həmsədləri tərəfindən təsdiq edilmiş prinsiplərə əsaslanır, yəni yeni deyil.

“Bəli, səfir Hoqland çoxdan mövcud olan prinsiplər haqda danışıb və biz həmsədr ölkə kimi bəyan etmişik ki, bu prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola bilər. Hoqlandın açıqladığı 6 prinsip uzun müddətdir mövcud olan prinsiplərdir. Və Ermənistan hökuməti də bu prinsipləri danışıqlar üçün əsas kimi qəbul edib. Mən təsdiq edə bilərəm ki, prinsiplər vahid tam təşkil edir, yəni onlardan birinin digərindən üstünlüyü yoxdur”-səfir bildirib.

Hoqlandın açıqladığı prinsiplərə əsasən işğal altındakı ətraf rayonlar üzərində Azərbaycanın suverenliyi bərpa edilməli, o cümlədən dəhliz çıxılmaqla Laçın rayonu da qaytarılmalıdır. Dağlıq Qarabağın yekun statusu isə qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi əhəmiyyətə malik olan referendumla müəyyən edilməlidir.