XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 11:34

YAP-çı deputat partlayışla bağlı müraciət etdi:“Özfəaliyyəti təcili dayandırmağa, belə xəbərləri silməyə çağırıram”

Millət vəkili Aydın Mirzəzadə ötən gün  Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarında baş verən partlayışla bağlı ictimaiyyətə çağırış edib. 

Bu barədə sosial şəbəkədə yazan deputat qeyd edib ki,  partlayış bütün Azərbaycanı narahat edib: “Dövlətimizin operativ reaksiyası və görülən tədbirlər nəticəsində problemi tez bir zamanda aradan qaldırmaq mümkün oldu. Ancaq bununla belə artıq ayrı-ayrı saytlarda və bəzi sosial şəbəkə istifadəçilərinin səhifələrində hadisə ilə bağlı özlərinin topladığı şəkillər verilir, təfsilatlı açıqlamalar verilir. Mən hər kəsi belə özfəaliyyəti təcili dayandırmağa, belə xəbərləri silməyə və rəsmi xəbərlərdən kənar informasiya yaymamağa çağırıram. Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən olan Ermənistan üçün qiymətli tapıntıdır, onun sosial şəbəkələrimizi izləyən orqanları kimlərinsə şöhrətpərəstliyindən asanlıqla istfadə edə bilər. Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın”.