XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 14:54

İlyas İsmayılovdan Mehman Əliyevə dəstək:“Bu həbs hüquqi dövlətçilik anlayışına daban-dabana ziddir”

“Nüfuzlu ictimai-siyasi xadimləri, jurnalistləri müxtəlif sübuta yetirilməmiş ittihamlarla həbs etmək cəmiyyətdə xof yaratmaq siyasətinə qulluq edir”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru, sabiq baş Prokuror İlyas İsmayılov “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbs olunmasını şərh edərkən belə deyib.

İlyas İsmayılovun fikrincə, bu cür şəxsiyyətlərin hansısa vergi cinayətləri barədə ciddi şübhələr varsa ölkədən çıxışlarını məhdudlaşdırmaqla əməlləri araşdırılmalı və onlar məhkəmə prosesinə cəlb edilməlidirlər: “Həbs qəti-imkan tədbiri hüquq fəlsəfəsinə görə, bir neçə halda tətbiq oluna bilər: ya törədilən cinayət ağırdırsa, ya şübhəli şəxs istintaq prosesinə mane ola bilərsə, ya da istintaqdan yayınmaq məqsədilə gizlənmə ehtimalı varsa. Güman edirəm ki, Mehman Əliyevin həbsində bu motivlərin heç biri yoxdur və onun hələ məhkəmə hökmü ilə təsdiqlənməyən əməllərinə görə həbsi hüquqi deyil və siyasi sifariş təsəvvürü yaradır. Bu isə hüquqi dövlətçilik və demokratiya anlayışlarına daban-dabana ziddir”.

İlyas İsmayılov bu cür həbslər zamanı ictimai rəyi də nəzərə almağın vacibliyinə inanır.

Ədalət lideri partiya nümayəndələrinin Mehman Əliyevin Hüquqlarını Müdafə Komitəsinə üzv olmalarına da etiraz etməyib.