XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 12:05

PA:"Türkiyə Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək"

Rəsmi Ankara Bakını dəstəkləməyə və Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək.

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır:

"Türkiyə və Azərbaycanı təkcə möhkəm siyasi əlaqələr və tarixi köklər deyil, birgə iqtisadi və enerji layihələri də bağlayır".

Administrasiyadan bildiriblər ki, Azərbaycanla münasibətlərin güclənməsi və möhkəmlənməsi Türkiyənin mühüm prioritetlərindən biridir.