XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 15:56

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə reaksiyalar

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

ADR sədrinin bir proqram çərçivəsində ABŞ-da olacağı bildirilir, proqram Dövlət Departamenti tərəfindən dəstəklənir, yeni təsis olunan qurum Vurğun Əyyuba tapşırılıb

ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-da səfərdədir. Bu barədə o, sosial şəbəkədə statusunda bildirib.
Q.İbadoğlu qeyd edib ki, ilk dəfə olaraq ADR sədri kimi müzakirələrdə iştirak edəcək: “Yenidən ABŞ-a qayitmaq üçün səfərə çıxdım. Hazırda İstanbulda Atatürk hava limanında Vaşinqtona olan 12 saatlıq uçuşumu gözləyirəm. Sabahdan başlayan işgüzar görüşlərim əvvəlkilərdən xeyli fərqlənir. Əvvəla, ilk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir”.
Teleqraf.com isə xəbər yayıb ki, Qubad İbadoğlu Azərbaycanı beş aylıq tərk edib: “Hərəkatın sədri qarşıdakı beş ayda Azərbaycanda olmayacaq. Məhz bu səbəbdən də ADR İdarə Heyətinin sonuncu toplantısında sədrin birinci müavini postu təsis edilib və Vurğun Əyyub bu posta təyin edilib. Məqsəd isə Qubad İbadoğlu olmadığı bu müddətdə hərəkatı Vurğun Əyyubun idarə etməsini təmin etməkdir. Qeyd edək ki, Qubad İbadoğlunun ölkədə olmadığı müddətdə hərəkatı Vurğun Əyyub idarə edəcək. Demək V. Əyyub yaxın beş ayda Müsavat rəhbərliyi ilə açıq konfrontasiyaya getməli olacaq. çünki bu iki qurumun rəhbərliyi arasında neçə müddətdir ki, qarşılıqlı ittihamlar hökm sürür. Əldə etdiyimiz xəbərə görə, ADR Hərəkatının sədri Bakıya avqustda qayıdacaq”.
Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova isə keçmiş partiyadaşının ABŞ səfərinə sosial şəbəkə vasitəsilə bu cür reaksiya verib: “Amerika Fondları ilə işlədiyinə görə Xədicə İsmayıl Kürdəxanıda ulduzlara kameradan baxır, bu adam təyyarədən düşmür. Deyir, bu səfərdə şəffaflıqdan yox, siyasətdən danışacaq. İndi də inandıracaq ki, bizdə demokratiya elə şəffaflıq qədərdi”.
ADR təmsilçilərindən Səxavət Əlisoy isə Musavat.com-a açıqlamasında Q.İbadoğlunun səfərinin beş aylıq olduğunu təsdiqləyib: “Doğrudur. Yaxşı proqram var, beş aylıq olacaq. Qubad İbadoğlu bir proqram çərçivəsində beş ay ABŞ-da olacaq. Onun ölkədə olmadığı müddətdə hərəkata birinci müavin Vurğun Əyyub rəhbərlik edəcək, o, görəvləndirilib”.
O, həmçinin qeyd edib ki, yaxın günlərdə ADR bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar verəcək. Qərar müsbət olacaqsa, Q.İbadoğlu ölkədə olmadan da hazırlıqlar aparılacaq: “Biz bununla bağlı İdarə Heyətində müzakirələr aparırıq. ADR hərəkatında qərarlar kollegial şəkildə verilir. Kiminsə, bir nəfərin düşüncəsi ilə təşkilat öz strategiyasını formalaşdırmır. Yaxın günlərdə ADR parlament seçkilərində iştirak edib-etməmək barədə qərar verəcək. Seçkidə iştirak qərarı veriləcəksə, Qubad İbadoğlu burada olmadan da hazırlaşa bilərik”.
S.Əlisoy qeyd edib ki, Q.İbadoğlunun ölkədən getməsi müvəqqətidir və həbs təhlükəsi ilə bağlı deyil: “Bizim keçmiş partiya dostlarımız istəyir ki, Qubad bəy həbs edilsin, bunun arzusundadırlar”.
O, S.Hüseynovanın dediklərinə isə münasibət bildirmək istəməyib: “Təndirbaşı qeybət” söhbətlərinə münasibət bildirmək istəmirəm. Ciddi adamlar, ciddi fikirlər olsa, münasibət bildirmək olar. Ən yaxşısı odur ki, qeybət edənlər öz partiyasının durumu ilə maraqlansınlar”.
Q.İbadoğlunun özü ilə isə əlaqə saxlamaq mümkün olmayıb.