XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2017 - 10:41

Elmar Məmmədyarov Macarıstana gedir –Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri toplanır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.