XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 21:59

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü olacaq –Sentyabrda

 

Sentyabrın əvvəlində Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Mixeil Caneçlidze və Mövlud Çavuşoğlunun üçtərəfli görüşü keçiriləcək.

Bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib: “Nazirlərin görüşü sentyabrın 5-6-da keçiriləcək. Hazırda görüşün proqramı və gündəliyi razılaşdırılır”, – səfir çərşənbə günü jurnalistlərə bildirib.

Xəbər verildiyi kimi, XİN başçıları regional, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də regionda həyata keçirilən nəqliyyat və enerji layihələrini müzakirə edəcəklər.**