XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 17:56

Deputatlarımız AŞPA-nın büro və komitə iclaslarında iştirak edəcək- Bu tarixdə

Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

Trend-in məlumatına görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək, AŞ PA-nın payız sessiyasının gündəlik layihəsi təsdiqlənəcək, həmçinin yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulub.

Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, öz qeyd və təkliflərini verəcəklər.