XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 19:17

Mariya Zaxarova:"Hoqlandın bəyanatında yenilik yoxdur"

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", – deyə Rusiya XİN sözçüsü qeyd edib.