Azərbaycan KİV-lərini təmsil edən bir qrup jurnalist aprelin 10-da İran İslam Respublikasına səfərə gedəcək.
“Strateq.az” İranın “Səhər” telekanalına istinadən bildirir ki, bu barədə Mazandaran valiliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Əhməd Müzəffəri məlumat verib.
Aprelin 10-dan başlayacaq səfərdə APA TV, “Yeni Müsavat” qəzeti, “Novosti-Azerbaycan”, Trend, Report İnformasiya Agentliklərinin əməkdaşlarından ibarət bir qrup Mazandaran vilayətinin müxtəlif bölmələrinə, o cümlədən iqtisadi, mədəni, tarixi hissələrinə baxış keçirəcəklər.Jurnalistlər oradan məlumat və reportaj hazırlayacaqlar.
Heyətin səfəri 14 apreldə başa çatacaq.
X.Səfərli