XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2015 - 17:04

Sərkisyan Əliyevlə görüşdən sonra Moskvaya uçur

Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 20-də Moskvaya işgüzar səfər edəcək.

Virtualaz.org erməni KİV-inə isinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Serj Sarkisyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı şuralarının sessiyalarında iştirak edəcək.

Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş olub.