XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 13:21

Azərbaycan XİN:"Myanmada müsəlmanlara qarşı kütləvi zorakılıqdan ciddi narahatıq"

Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi bildirib: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.