XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 06:02

Rusiyada gizlənən Yanukoviçə cinayət işi açıldı

yanukovic.jpg

Ukrayna Təhlükəsizlik Xidməti eks-prezident Viktor Yanukoviçə qarşı cinayət işi açılıb.

“Strateq.az” bildirir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyi yanında “lüstrasiya haqqında qanunun” yenidən işlənməsi üzrə işçi qrupunun rəhbəri Karl Volox özünün “Facebook” səhifəsində məlumat verib.

K. Volox Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) keçmiş prezidentə qarşı yeni cinayət işinin qeydə alındığını bildirib: “O, Konstitusiya Məhkəməsinin hakimləri və bir sıra digər yüksək vəzifəli rəsmi şəxslərlə cinayət əlaqəsinə girərək Konstitusiya quruluşunu dəyişdirməyə və ölkədə hakimiyyəti ələ keçirməyə cəhd göstərib. Yaxın vaxtlarda bir neçə başqa “toxunulmazlara” da ittihamlar irəli sürüləcək”.

Volox bu qərarı Ukrayna üçün “taleyüklü cinayət işi” adlandırıb. O, Yanukoviçin işi ilə bağlı prosesə nəzarət etmək səlahiyyəti də aldığını bildirib.

X.SƏFƏRLİ