XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 11:50

Rusiyalı hərbi ekspert:“Qafqazda müharibə 2025-ci ildə başlamalıdır”

Gürcüstanda NATO-nun keçirdiyi “Çevik ruh 2017” təlimi alyansın bundan öncə Qafqazda keçirdiyi digər təlimlərə bənzəyir.

Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib:

“Gürcüstana “Abrams” tankları gətirilib. Bunun məqsədi Gürcüstana tank desantının çıxarılacağı təqdirdə onun yerli şəraitə uyğunluğunun yoxlanılmasıdır. Üstəlik, NATO üçün önəmli olan gələcəkdə döyüş fəaliyyətlərinin olacağı bölgələrdə mövcudluğudur. Hərbçilər və zabitlər döyüş fəaliyyətlərinin olacağı bölgənin landşaftı, iqlimi, relyefini tanımalıdırlar. Avropada böyük müharibə ehtimalı son dövrlər artıb. Rusiya ilə Gürcüstan arasında müharibənin olması ehtimalını istisna etmək olmaz. Bu, ümumi Avropa müharibəsinə hazırlıq məqsədi daşıyır. Rusiya Baş Qərargahının hesabatına görə, bu müharibə 2025-ci ildə başlamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstanda NATO təlimi sentyabrın 3-də başlayıb. Təlimdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Latviya, Rumıniya, ABŞ və Ukraynadan 1500 hərbçi iştirak edir.