XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 19:29

Rusiyalı hərbi ekspert:“”Rosoboroneksport” fiziki olaraq gizli pul köçürmələrində iştirak edə bilməz”

“Rusiyanın silah və hərbi texnika üzrə xüsusi ixracatçı kopmaniyası olan ”Rosoboroneksport” fiziki olaraq gizli pul köçürmələrdə iştirak edə bilməz.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS-a açıqlamasında rusiyalı hərbi və siyasi ekspert, Rusiya strategiya və texnologiya Mərkəzinin direktoru Ruslan Puxov bildirib.

 “The Guardian” qəzetində çıxan məqaləni şərh edən ekspertin sözlərinə görə, ”Rosoboroneksport” de-yure “Rostex” dövlət korporasiyasının tərkibinə daxildir, de-fakto isə agentlik səlahiyyəti olan dövlət orqanıdır: "Müvafiq olaraq dövlət agentliyinin hansısa özəl qurum kimi ikinci mühasibatlığının, qara kassasının olduğunu düşünmək sadəlöhvlükdür. Prinsipcə, bu mümkün deyil. Bu, fiziki olaraq qanuna ziddir”.

 Puxov bildirib ki, “Rosoboroneksport” Rusiya və beynəlxalq hüquq çərçivəsində, yəni, müvafiq dövlət orqanları tərəfindən sərt nəzarət altında fəaliyyət göstərir: “Ona görə də ən kiçik qayda-qanun pozuntusu, ikili mühasibatlılığa cəhd, kiməsə nəyisə köçürmək və ya çemodanlarda aparmaq bu kompaniyanın hər hansı bir meneceri üçün çox tez cinayət işi açılmaqla bitərdi”.