XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 15:10

Azərbaycan “Şərq Tərəfdaşlığı” XİN rəhbərlərinin görüşündətəmsil olunacaq

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.

Görüşdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.