XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 11:30

ABŞ səfiri Qarabağdan yazdı:“Münaqişənin həlli Azərbaycan və Ermənistanın liderlərindən asılıdır"

"Azərbaycan Rusiya və ABŞ-ın münaqişəni həll etmək üçün birgə çalışdığı azsaylı ölkələrdən biridir".

"Report" "Lincoln County News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın qələmə aldığı məqalədə deyilir: "ABŞ münaqişənin diplomatik həllinin tapılması üçün Fransa və Rusiya ilə birgə işləyir. Səfirlər iki ölkənin liderlərini bir araya gətirmək iqtidarındadırlar. Bununla belə, münaqişənin həlli Azərbaycan və Ermənistanın liderlərindən asılıdır", – deyə diplomat bildirib.

Səfir məqaləsində Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumatlar təqdim edib, həmçinin Azərbaycanı terrorizmlə mübarizədə mühüm tərəfdaş adlandırıb.

Bundan əlavə, R.Sekuta Azərbaycanla birgə həyata keçirilən neft-qaz sənayesi sahəsindəki böyük layihələr barədə məlumat verib və 40 milyard dollar dəyərində olan TAP layihəsini xüsusi vurğulayıb.

R.Sekuta məqalədə Azərbaycanın təbii sərvətindən də söz açıb.