Bakı Apellyasiya Məhkəməsi Turan agentliyinin direktoru barəsində seçilmiş həbs qətimkan qərarı ilə bağlı apellyasiya şikayətini nəzərdən keçirəcək.
Sentyabrın 6-da Mehman Əliyevin girov müqabilində həbsdən buraxılması ilə bağlı vəsatət təmin edilməmişdi. BBC-yə danışan vəkil Fariz Namazlı bildirib ki, proses işlə bağlı sonuncu hüquqi instansiyadır: "Vəsatət təmin edilməsə biz artıq Avropa məhkəməsinə müraciət edə bilərik".
Turan agentliyinin direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün, səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs tədbiri seçilib.