İran İslam Respublikasının yeni adminstrasiyası dostu və qonşusu Azərbaycanla münasibətləri dərinləşdirmək niyyətindədir.
Bunu Trend-ə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. B.Qasemi bildirib: "12-ci adminstrasiyanın siyasətinin əsas istiqamətlərindən biri bütün qonşu ölkələrlə geniş və tam şəkildə əməkdaşlıq qurmaqdır".
İran XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, ölkəsi Azərbaycanla müxtəlif sahələrdə geniş əlaqələrin olacağına ümid edir.