XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2017 - 17:52

Sabahdan Milli Məclisin komitələri işəbaşlayır

Sabahdan – sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.

Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.

“Gündəliyə 9 məsələ daxil edilib.  İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Həmçinin, sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın 30-da  keçiriləcəyi gözlənilir.