XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2017 - 19:11

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mehman Əliyevlə bağlıbəyanat yaydı

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri  Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.