XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2017 - 20:38

İsrail XİN:“Lapşinin əfv olunmasından məmnunuq”

"İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

Onun sözlərinə görə, nazirlik A.Lapşinin tezliklə İsrailə gəlişini təmin edəcək: "İsrail XİN Azərbaycan Prezidentinin A.Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq".

E.Nahşon deyib ki, israilli diplomatlar bloqqerə həbsdə olduğu müddət ərzində dəstək veriblər.