XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 13:11

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir – Sənədləri imzalamayıb

fuad.jpg

 

AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı özünə qarşı ittihamları saxta hesab etdiyindən müstəntiqin ona təqdim etdiyi bir sıra sənədləri imzalamaqdan imtina edib.

Bu barədə Azadlıq-a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi müəyyən istintaq hərəkətlərinin aparılması məqsədilə vəkil Fəxrəddin Mehdiyevlə birlikdə Fuad Qəhrəmanlı ilə görüşüb. Müstəntiq aparılan istintaq hərəkətlərilə bağlı bir sıra sənədləri Fuad Qəhrəmanlıya təqdim edib. Lakin AXCP sədrinin müavini ittihamların saxta və qondarma olduğunu əsas gətirərək, həmin sənədləri imzalamaqdan imtina edib. Vəkilin sözlərinə görə, təqdim olunan sənədlər arasında ekspert rəyləri də vardı.

Vəkil onu da qeyd edib ki, Fuad Qəhrəmanlının ailə üzvlərilə telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Qanuna görə, təcridxanada saxlanılan dustağın həftədə iki dəfə ailə üzvlərilə danışmaq hüququ var. Lakin Fuad Qəhrəmanlının bu hüququ pozulur.

“Fuad Qəhrəmanlının evindəki axtarış zamanı götürülmüş kompüter hələ də qaytarılmayıb. Halbuki, qaytarılmalıydı. çünki ohəmin kompüter ailənin birgə istifadəsində olub. Fuad Qəhrəmanlının mobil telefonu da istintaq qrupunun əlindədir. O ehtiyat edir ki, sonradan bu əşyalar vasitəsilə internetə saxta məlumatlar yerləşdirə bilərlər”, – deyə vəkil bildirib.

Azadliq.info