XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2017 - 18:34

AŞPA həmməruzəçiləri Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb.

Trend-in məlumatına görə, AŞPA həmməruzəçiləri bildiriblər ki, M.Əliyevin azad olunması müsbət bir addımdır.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.