XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2015 - 04:40

NATO Rusiyanı bir neçə saata məhv edə bilər

NATO-nun hərbi və nüvə qüvvələrinin səviyyəsi və potensialı Rusiyanınkından bir neçə dəfə yüksəkdir.

ANS PRESS-in məlumatına görə, bu barədə ukraynalı siyasi şərhçi Oleq Ponomar Rusiyanın “Newsader” portalının redaktoru Aleksandr Kuşnarla söhbətində bildirib.

«Rusiya bilir ki, belə olan təqdirdə onu çox sürətlə məhv edərlər. Bu, bir neçə saatdan, bir neçə günə qədər çəkər“,- deyə Oleq Ponomar vurğulayıb.

ABŞ-ın çox istifadəli “Falkon 9” raket daşıyıcısının 2015-ci il dekabrın 22-də kosmosa raketi qaldırdıqdan 10 dəqiqə sonra uğurla yerə enməsini müzakirə edən şərhçilər söhbət zamanı Rusiya ilə ABŞ-ın hərbi və elmi potensialını da müqayisə ediblər. Panomar “Falkon 9″un uğurlu enişinin fonunda Rusiya peykinin kosmosa qaldırılmasında yaşanmış uğursuzluğu yada salıb.

Bu, bir daha hamıya aydın olan məşhur bir faktı isbat edir: Qərblə Rusiya arasında olan texnoloji inkişaf fərqi uçuruma çevrilib. Rusiya SSRİ-nin dağılmasından sonra keçən 25 ili və bir neçə trilyon dollar neft pulunu boşa xərcləyib. Hərbi sənaye kompleksində və yüksək texnologiyalar sahəsində təqdim edilən bütün layihələr SSRİ vaxtında başlamış layihələrin başa çatdırılmasıdır. İri neft pulları yeyilib, gənc istedadlar və beyinlər uğurla Qərbə yerləşiblər. Qərb isə öz növbəsində uğurla elmi inkişaf etdirir, yeni kəşflərə, “beyin” cəlbinə və tədqiqatlara böyük pullar yatırır”, – deyə Oleq Panomar vurğulayıb.

Aleksandr Kuşnar isə Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransında nüvə silahından istifadə barədə səsləndirdiyi hədələrin doğurduğu nəticələrdən bəhs edib: “Şübhə etmirəm ki, ABŞ Putinin nüvə silahından istifadə etmək barədə hədəsindən sonra ciddi şəkildə öz ölkəsinin və müttəfiqlərinin təhlükəsizliyinin qayğısı barədə düşünüb”.

Onun sözlərinə görə, “Pentaqon” bir neçə ay ərzində nüvə silahından müdafiə ilə bağlı çox sayda sınaqlar keçirib: “Putin özü də gözləməzdi ki, onun blefi Amerika hərbi maşınının inkişafı üçün həddindən ciddi katalizatora çevriləcək”.