XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2017 - 13:50

“Fikrimcə, ÜAK-ın apellyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq” –Mixail Zabelin

"Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub".

Bu sözləri Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib.

M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi.

"Fikrimcə, ÜAK-ın apellyasiya şikayəti üzrə sentyabrın 19-da keçiriləcək məhkəmədə müsbət qərar çıxarılacaq", – deyə, o, qeyd edib.

APA