XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 08:18

Razi Nurullayevin yerinə kim gələcək? – AXCP-dən AÇIQLAMA

Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev partiyadan kənarlaşdırılıb.

Modern.az saytı AXCP sədrin müavini Fuad Qəhrəmanlıdan Razi Nurullayevin yerinə kimin gətiriləcəyi barədə soruşub.

O bildirib ki, bu məsələ partiyada müzakirə olunmur:

“ümumiyyətlə Razi Nurullayevin yerinə kiminsə gətirilməsi və partiyada müzakirə olunması gündəmdə deyil. Buna görə də, məsələ ilə bağlı hər hansı fikir demək olmaz”.

Razi Nurullayev vəzifəsindən çıxarılmamışdan öncə Əli Kərimli ilə görüşüb. Bu görüşün nəticəsi olaraq onun sədr müavini vəzifəsindən kənarlaşdırılması barədə Əli Kərimli sərəncam verib.