XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 11:14

Zərdüşt Əlizadə:“Xalq vicdanlı insanlara deyil, yüksək vəzifəli şəxslərə üstünlük verir”

“Mixail Saakaşvilinin Ukrayndada hakimiyyətə gəlməsi ehtimalı yoxdur. Hər halda mən bunu yüksək ehtimal saymıram. Ukrayna Konstitusiyasına görə, Saakaşvilinin bu dövlətin prezidenti və ya deputatı olmaq hüququ yoxdur.

Bu fikirləri Teleqraf.com-a Mixail Saakaşvilinin Ukraynada hakimiyyətə iddialı olmasını şərh edən politoloq Zərdüş Əlizadə deyib. Onun sözlərinə görə, Saakaşvili Ukraynada ancaq təyinatlı vəzifə tuta bilər: “Necə ki, zamanında Odessanın qubernatoru vəzifəsini tuturdu, yenədə belə bir təyinatla hansısa vəzifəyə təyin oluna bilər. Əgər müxalifət Poroşenkonu hakimiyyətdən uzaqlaşdıra bilsə, Saakaşvilini ən yaxşı halda baş nazir təyin edə bilərlər. Çünki bu təyinatlı vəzifədir”.

Siyasi şərhçi hesab edir ki, Ukraynada hakimiyyət dəyişikliyi mümkündür: “İkinci Maydan hadisəsindən sonra hakimiyyətə gələn Poroşenko sübut etdi ki, Yanukoviçdən heç nə ilə fərqlənmir. Sadəcə qərbpərəst və avropapərəst boşboğazlığı var. Ancaq əslində ciddi iş görməyib, xalqı qəzəbləndirən korrupsiyaya qarşı mübarizə aparmayıb. Çünki baş korrupsioner onun özüdür. Bu müddətdə Ukrayna xalqı kasıblaşıb, Poroşenko isə varlanıb. Odur ki, Ukraynada Prezident Poroşenkonun reytinqi 10 faizdən yüksək həddə deyil. Ola bilsin ki, müxalifət onu hakimiyyətdən kənarlaşdırsın”.

Bununla belə Zərdüş Əlizadə hesab edir ki, postsovet məkanında xalqların qəribə xüsusiyyəti var: “Xalq əksər hallarda sadə və vicdanlı insanlara deyil, varlı, yüksək vəzifə tutan şəxslərə üstünlük verir. Ona görə də Ukraynada əsas müxalifət liderləri oğru Timoşenko, Sadovoy və digər şəxslərdir”.