XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 12:01

Monopoliyaya qarşı olacaq qanun layihəsi Prezident Administrasiyası ilə müzakirə edilir –Qəbulu gözlənilir

Millət vəkili Vahid Əhmədov Rəqabət Məcəlləsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının iş planına daxil edilməsini təklif edib.

 "APA-Economics" xəbər verir ki, V. Əhmədov strateji yol xəritəsində əksini tapan Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacib olduğun deyib.

 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, bu yaxınlarda Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı Prezident Administrasiyasının rəsmisi ilə müzakirələr aparılıb: "Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq qanunda bir neçə mübahisəli məsələlər var. Bu istiqamətdə çox ciddi işlər aparılır. Söhbət ondan gedir ki, Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar xüsusi orqan yaradılmalıdır ya yox? Bu məsələ ətrafında mübahisə gedir. Mənə elə gəlir ki, strateji yol xəritəsinin monitorinqində Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi öz əksini tapıb".