XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 17:27

Türkiyə səfiri:“Dağlıq Qarabağ Türkiyənin də problemidir”

"Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ Türkiyənin də problemidir".

 APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 O bildirib ki, bu iki dövlət həmişə birlikdə olarsa, daha da güclənəcək: "Biz qardaş dövlətlərik. Dağlıq Qarabağ problemini də birlikdə həll etməyə davam edirik. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür".  Türkiyə və Azərbaycanın Hərbi Hava Qüvvələrinin birgə təlimlərindən danışan səfir əlavə edib ki, hərbi əməkdaşlığı artırmaq üçün iki ölkənin silahlı qüvvələri arasında münasibətlər daha da yaxınlaşmalıdır: "Bu istiqamətdə də fəaliyyətlər davam edir və iki ölkənin silahlı qüvvələri arasında münasibətlər yaxşılaşır".